Azərbaycan niyə müharibəyə başlamır?- Azərbaycan və Rusiya ekspertlərinin şərhi

0
797

“İndi bütün “tuzlar” Bakının əlindədir, amma Bakı onları…” – Rus ekspert

 

Cəbhə xəttində ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü artır. İyunun 12-də Azərbaycan mətbuatında Azərbaycan ərazisinin minomyotlarla atəşə tutulmasına dair qeydlər yayılıb. Bir qədər əvvəl Ermənistan Müdafiə Naziri Tonoyan Azərbaycan əsgərini öldürən xüsusi təyinatlıları nümayişkəranə şəkildə təltif etdi. İyunun 13-də isə ölkəmizin Müdafiə Nazirliyi mövqelərimiz üzərindən uçan Azərbaycan hərbi təyyarələrinə raket hücumu olunması ilə bağlı video göstərdi. Ermənistana məxsus OSA zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlamışdı. Həmin gün axşam ermənilər Qarabağda erməni əsgərinin öldüyü barədə məlumat verdilər.

Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rus ekspert, “Avrasiya İdeyaları Emalatxanası” adlı elmi araşdırmaların dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qriqoriy Trofimçuk Eurasia Diary-nin suallarını cavablandırıb. O hesab edir ki, Azərbaycanın təcavüzkara qarşı “döyüşmək”dən savayı, ixtiyarında qeyri-hərbi təzyiq alətləri də qalıb.
– Sadalanan hadisələrdən də görünür ki, Qarabağda gərginlik OSA zenit-raket kompleksindən istifadə olunması ilə daha da artıb. Baş verən bu hadisələrin müharibəyə gətirib çıxaracaq addım olduğunu düşündünüzmü, yoxsa hədəfə dəyməyən 2 raketin buraxılması ermənilərin xəbərdarlığıdır?
– Pаşinyan hakimiyyətə gələndən açıq-aydın Azərbaycan tərəfi müharibəyə cəlb edilir. Bakı əvvəlki kimi danışıqlara hazırdır və həm xarici işlər nazirləri səviyyəsində müntəzəm görüşlər şəklində, həm də İlham Əliyevin Vyanada Nikol Paşinyanla ilk rəsmi görüşü ilə bunu əməli olaraq da göstərir. Axı Paşinyanın necə hakimiyyətə gəldiyini nəzərə alsaq, Azərbaycan bunu etməyə də bilərdi. Görünür, Ermənistanın baş naziri özü lap əvvəldən ölkəsinin daxili sosial-iqtisadi vəzifələrinə zərbə vursa belə, fəaliyyətinin əsas istiqaməti kimi Qarabağı seçib. O, Azərbaycanın qarşısında uzun sürən beynəlxalq danışıqlar prosesinin formatını məhv edən demək olar ki, qəbuledilməz sayılan bir sıra şərtlər ortaya qoydu. Paşinyanın elə təkcə dediyi “Mən ərazini sülhə dəyişmirəm” formulu kifayətdir. Hələ bura Ermənistan-Azərbaycan danışıqlar masasındakı müzakirələrə qondarma “Dağlıq Qarabağ” rejiminin nümayəndələrinin daxil edilməsi tələbi və s. də daxildir.
Beləliklə, əgər real vəziyyəti qiymətləndirəsi olsaq, belə nəticəyə gəlmək olar ki, Azərbaycana qarşı planlı şəkildə təxribat həyata keçirirlər. Azərbaycanı açıq şəkildə müharibəyə təşviq edirlər. Eyni zamanda, kənardan Nikol Paşinyanın arxasında durub ona bu cür və belə bir sxem əsasında hərəkət etməyi təklif edən birinin olmadığına dair heç bir zəmanət yoxdur.
Hər halda, müşahidəçilər, Qərbin İrana təzyiqi artırdığına görə, regional sabitliyə zərbə vuran bəlli bir istiqamət görürlər. ATƏT-in Minsk Qrupunun müşahidəçilərinin nə etdikləri aydın deyil. 2016-cı ilin yazında Vyana və Sankt-Peterburqda keçirilən zirvə görüşlərindən bu günə qədər həmin vaxt birinci olaraq kimin atəş açdığına dair suala cavab verilməyib. Buna görə də, Qarabağdakı təmas xəttində baş verənlər yeni müharibənin başlanğıcıdır, xüsusilə də, Azərbaycan 2016-cı ilin aprelindən başlayaraq üç il ərzində yenə aldadıldığını və heç kimin torpaqları ​​geri qaytarmayacağını anlayır.
İndi heç kimi ilk hücum edən və ya kimin atəş açdığı, kimin cavab verdiyi maraqlandırmır; Beynəlxalq müşahidəçilər isə görünür, dəyirmi masada bu sonsuz cavab zərbələrindən gizlənirlər. Və əgər rəsmi qiymətləndirmə yoxdursa, gec-tez vəziyyət yenidən nəzarətdən çıxacaq.
“Erməni xəbərdarlığı” haqqında danışarkən, nəzərə almaq lazımdır ki, xəbərdarlıq və sözdə təhdidlər varsa deməli, əsl müharibə hələ başlamayıb. Müharibə tərəflər öz hərəkətlərini şifrələdikdə başlayır. Ancaq hələ ki, onlarla və yüzlərlə ölümə səbəb olmayan yüngül nümayişkarənə zərbələrlə dəstəklənən söz davası gedir.
– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycanın hüquqi əsasları nədən ibarətdir?
– Kənardan müşahidəçi kimi, mən bu sualı sadə və obrazlı şəkildə cavablandırıram: Qarabağın 30 min il əvvəl kimə məxsus olduğunun əhəmiyyəti yoxdur; vacib olanı onun indi kimə aid olduğudur və bununla bağlı nə etmək olar? Həm Ermənistan, həm də Azərbaycan bu ərazinin tarixi mənsubiyyətinə görə əsaslandırmalarını gətirirlər, amma bu sübutlar ermənilərin və azərbaycanlıların özləri istisna olmaqla, heç kimə təsir göstərmir. İki hüquqşünasın olduğu yerdə – müharibə var. İki tarixçinin olduğu yerdə də müharibə var. Razılaşmaq lazımdır ki, Sovet İttifaqı dağılıbsa, onun bütün tərkib hissələri, bütün mərtəbələri də dağılır. “Göydələn” bütünlüklə, tamamilə uçur və onu ardıcıl şəkildə yığmaq mümkün olmur. Bu bir həqiqətdir. Hüquqi sahədə heç kim heç kimə nəyisə sübuta yetirə bilməz. Buna görə də, əgər belə bir vəziyyətdə kimsə bütün gücünü və imkanlarını diqqətlə ölçərək mübarizə aparmaq istəyirsə bu onun öz işidir.
– Rəsmi Bakı bu vəziyyətdə nə etməlidir?
– Bakı bu vəziyyətdə əvvəl də qeyd etdiyim kimi, münaqişənin sülh yolu ilə həllini nümayiş etdirərək maksimum dərəcədə mümkün olanı edir. Bundan başqa, bütün beynəlxalq normalara görə, Qarabağ torpağı ona qaytarılmalıdır. Ancaq indiki vəziyyətdə, Azərbaycan Nikol Paşinyanın danışıqlar prosesinin əsas prinsiplərini açıq şəkildə pozması ilə bağlı hərbi olmayan alətlərdən istifadə edə bilər.
İndi bütün “tuzlar” Bakının əlindədir. O hər yerdə və hər kəsə müraciət edə bilər. Amma Bakı onları istifadə etmir və bu qəribə taktikanı anlamıram. Axı bu güzəştli dövr, Azərbaycan üçün, əbədi davam edə bilməz, onu yenidən müharibə aparmağa məcbur edəcəklər.
– Rəsmi Моskvanın mövqeyini necə qiymətləndirirsiniz?
– Moskvanın mövqeyi dəyişməzdir: münaqişənin sülh yolu ilə, siyasi vasitələrlə, diplomatik və danışıqlar yolu ilə həll edilməsi. Yeri gəlmişkən, unutmamalıyıq ki, Moskva və Rusiya prezidenti Vladimir Putin sayəsində 2016-cı ilin “aprel” müharibəsi dayandırılmışdı. Ancaq artıq üç il keçib. Əsas problemlərdən biri də mənə elə gəlir ki, Yerevanda Serj Sarkisyanın yerinə birdən-birə (vurğulayıram: birdən-birə), Nikol Paşinyanın keçməsi və KTMT ilə bağlı yaranmış durumdur.
Eyni zamanda diqqətini Qarabağ prosesi çərçivəsində də bəzən Moskva və Bakının mövqeyi ilə üst-üstə düşməyən problemlərinin həllinə yönəltməsidir.

Hər şeyə hazırıqmı?

 

Son bir ayda cəbhə xəttində erməni ordusunun aktivliyi və törətdiyi təxribatlar Azərbaycanda xalqın səbr kasasını doldurdu desək, yəqin ki, yanılmarıq. Ard-arda erməni hərbi qüvvvələrinin müxtəlif miqyaslı təxribatlar törətməsi təbii ki, Azərbaycanı provakasiyaya çəkmək məqsədi güdür. Ermənistan höküməti nəyi hədəfləyir? Azərbaycan ordusuna qarşı ard-arda hücumlar törədməklə nəyə nail olmağa çalışır?

Normal zamanda ətraflı şəkildə bu sualları düşünər və analiz edərdik, lakin indiki şəraitdə bizi və vətəndaşları maraqlandıran Ermənistandakı “küçə hakimiyyətinin” hədəfləri və planları, eyni zamanda Qarabağ klanı ilə İrəvandakı “rejim” arasındakı problemlər deyil. Vətəndaşı maraqlandıran bir sual var? NƏYİ GÖZLƏYİRİK?

Bu məqalədə bu suala cavab verməyə çalışacayıq. Lakin əvvəlcə gəlin son bir ayda ermənilərin provakativ addımarını sıralıyaq:

May ayının 30-da cəbhənin Ağdam istiqamətində öz əsgərlərinə təlim keçərkən tabor kamandiri, mayor Aqil Omarov təxminən 2300 km məsafədən atəş açan erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.

Bu hadisədən bir gün keçməmiş bir erməni əsgərini Azərbaycan snayperi məhv edir və iyun ayının 10-da Azərbaycan ordusu növbəti itkisini verir. Bu dəfə cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu yenə düşmən snayperindən açılan atəş nəticəsində şəhid olur.

Həmən gün Ermənistan müdafiə naziri David Tonoyan mətbuata verdiyi açıqlamada 19 yaşlı hərbi qulluqçumuzun şəhid edilməsi tapşırığını şəxsən özü verdiyi və bunun öldürülən erməni snayperinin qisası olduğunu bəyan edir;

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirir.  Bu zaman Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərir. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayır. Buna cavab kimi həmən axşam bir erməni əsgəri daha ordumuz tərəfindən məv edilir…

Paşinyan hakimiyyətə gəldikdən bu yana demək olar ki, cəbhədə ən qeyri-stabil dövr yaşanır. Son günlərdə üzərində ciddi təzyiq hiss edən Ermənistan hakimiyyətinin cəbhədə vəziyyəti qəsdən gərginləşdirdiyi və ya buna imkan verdiyi şüphəsizdir. Lakin Azərbaycan xalqı artıq ordudan konkret addım gözləyir. Ancaq o illərdir gözlənilən hücum əmri yenədə də gəlmir ki, gəlmir…

Bunun səbəbini politoloq Əhməd Əlili belə izah edir:

Görüntünün olası içeriği: 1 kişi

Cəbhə xəttində proseslər intensivləşib və “nəyə görə cavab vermirik” tipli münasibət görürsən.

İlk öncə münasibətlərin nəyə görə intensivləşməsininin səbəblərini analiz etmək lazımdır:

1- 2016-ci ilin sonlarından etibarən Ermənistan üzərində çox ciddi diplomatik basqı formalaşıb. Bu basqının intensivliyi 2018-ci ilin dekabr ayından etibarən özünün pik nöqtəsindədir. Ermənistan diplomatik fonda olan olan basqıları neytrallaşdırmaq üçün cəbhə xəttində aktivləşmə arzulayır. Bunu bəhanə edib, danışıqlar prosesinin son fazasında əldə olunmuş uğurları neytrallaşdırmaq üçün lazımdır.

2- Ermənistan daxlində baş verən proseslər nəticəsində, Paşinyana qarşı ciddi daxili qüvvələr birləşib. Qarabağ klanı, Qarabağda olan hərbi birləşmə komandirləri Paşinyanın danışıqlar prosesindəki mövqeyini zəiflətmək üçün cəbhə xəttində insidentlər törədirlər. Görünür, bu məsələ Balasanyanın istefası ilə bitməyib.

3- Paşinyan ətrafında olan şəxslər də bu cür akivlikdə maraqlıdırlar. Qarabağı satmaqda ittiham olunan Paşinyan bu cür insidentlərdən daxili auditoriya üçün istifadə etməyə çalışır, Qarabağ uğrunda vuruşmağa, heç kəsi- heç nəyi satmadığını göstərmək istəyir. Tonoyanın cəbhə xəttinə səfəri, əsgərləri mükafatlandırması da bu sıradan olan addımlardandır.

Ona görə də, indiki zamanda cəhbə xəttində Azərbaycan tərəfinin hərbi aktivlik göstərməsi diplomatik və siyasi baxımdan Bakını geri ata bilər. Azərbaycan tərəfinin “müşahidəçi” olduğu müddətdə Ermənistan daxilində neqativ dinamika sürətlənir və diplomatik təzyiqlər getdikcə artır. O baxımndan “cavab verməmək”, indiki zamanda, düzgün qərardır – nə qədər “qeyri-patriotik” görünsə belə.

Hərbi blogger Tofiq Şahmuradov isə cəmiyyətin müharibəyə hazır olub-olmaması ilə bağlı maraqlı fikirlər səsləndirib.

Görüntünün olası içeriği: 3 kişi, Tofiq ShahMuradov dahil, oturan insanlar, ekran, ofis ve iç mekan

O, qeyd edib ki, günlərdir cəmiyyət ordunun üzərinə yüklənib, ordudan qisas əməliyyatı gözləyir. Kimi görürsən deyir müharibə, kim zəng edir deyir niyə müharibəyə başlamırıq? Cəmiyyətin bütünlüklə müharibə istəməsi, Qarabağı istəməsi çox gözəldir. Lakin müharibə-müharibə deyirik, Gəlin bir sual verək özümüzə, biz xalq olaraq daxilən müharibəyə hazırıqmı?

Mənim şəxsi fikrimcə yox.

Niyə?

Biz Qarabağ müharibəsində 20% torpaq itirib 20 mindən çox şəhid vermişik. 40 min şəhidi göz önümüzə alıb girməliyik o döyüşə, son nəfər qalana kimi…

İnanın bizdə elələri var ki, sabah Şuşanı almaq üçün 10 min şəhid versək deyəcəklər, “neyləyirdik Şuşanı?! 10 min qızıl kimi oğul itirdik…” Aprel döyüşlərində buna bənzər bir mənzərə yaşanmışdı. Bəziləri o təpələrin hərbi-strateji önəmini dərk etmədən 2-3 təpəyə görə 93 nəfər oğlumuzu itirməyə dəyərdimi deyə soruşurdu. Psixoloji hazır olmalıyıq müharibəyə, son nəfəsimizə qədər döyüşməliyik, bizlər gəldi gederik, yetər ki, vətənimiz var olsun! Deyə bilməliyik. Bir çox “monitor qəhrəmanları”na müharibə, döyüş asan gəlir.

Erməni dəyirmanına su tökənlər Avropada oturub bizim bu həssas dönənimizdə ordumuzun zabitləri, generalları haqqında cəmiyyətdə inamsızlıq yaradırlar, onlar haqqında şər-böhtan kompaniyası aparırlar. Burada hədəf  Ruslan Ağasiyev, Hikmət Həsənov deyil, Hikmətlər, Ruslanlar gəldi gederdir, əsas hədəf orduya inamsızlıq yaratmaqdır. Belə vətən xainlərinə harda gəldi cavab verib, döyüşə hazırlaşmaq lazımdır.