Azərbaycan neftinin qiyməti KƏSKİN UCUZLAŞDI

0
272

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Azərbaycan neftinin bir barelə olan qiyməti 3,66 ABŞ dolları və ya 2,9% azalaraq 121,97 dollar təşkil edib.

Qeyd edək ki, dünən Azərbaycan neftinin qiyməti 125,63 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.