CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 53,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 51,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.