Azərbaycan nefti kəskin ucuzlaşıb

0
333

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri Light” markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,91 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.