Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

0
220

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə MN-dən bildirilib.