Azərbaycan Moskvada MDB hökumət başçılarının toplantısında iştirak edəcək

0
374

Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclası keçiriləcək.

Tədbirdə Azərbaycanı baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil edəcəyi planlaşdırılır.

Hökumət başçıları MDB ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

İclasın gedişatında dövlətlərin əməkdaşlığı konsepsiyasının – cəmiyyətin rəqəmli inkişafı və onun reallaşdırması üzrə başlanğıc tədbirlərin planı sahəsində, həmçinin dövlətlərin informasiya təhlükəsizliyi təminatı strategiyalarının müzakirəsinə xüsusi diqqət ayrılacaq.

Bundan başqa ki, iclasın gedişatında ölkələrin standartlaşdırma sahəsində birliklərinin əməkdaşlığını tənzimləyən bir sıra sənədlər imzalanacaq.