Bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını Azərbaycan millisinin məşqçiləri də izləyəcək.
Bu gün keçiriləcək üç yoxlama oyunu üçün artıq məşqçilər heyəti bölünüb.
“ASK Arena”dakı “Keşlə” – “Səbail” görüşünü baş məşqçi Canni De Byazinin özü izləyəcək.
“Kapital Bank Arena”dakı “Sumqayıt” – “Zirə” matçında iki köməkçi – Arif Əsədov və Klaudio Belluççi iş başında olacaq.
“Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununu isə üç məşqçi izləyəcək. Bunlar Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenkodur.
Qeyd edək ki, Canni De Byazi dünən “Neftçi”nin də məşq prosesini izləyib.