Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq

0
231

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San-Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirilir.

C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.