Bu gün görkəmli bəstəkar Fikrət Məşədi Cəmil oğlu Əmirovun anım günüdür.
Fikrət Əmirov 22 noyabr 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. O, indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, 1947-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illər ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1980-ci ildən isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü kimi fəaliyyət göstərib.
F.Əmirov Azərbaycan milli musiqi mədəniyyətinə əvəzsiz töhfələr bəxş edib. Belə ki, 1948-ci ildə bəstəkarın bəstələdiyi “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları dünyanın bir çox məşhur konsert salonlarında Bolqarıstan, Rusiya, Belçika, Fransa, ABŞ-da səsləndirilib.
Azərbaycan milli musiqi tarixinə hadisə kimi daxil olan “Sevil” operası uzun illər səhnələrin baxımlı tamaşaları sırasındadır.
Bəstəkarın yaradıcılığı özündə geniş auditoriyanı əhatə edir. Bəstəkar 20 fevral 1984-cü il tarixində Bakı şəhərində dünyasını dəyişib
Allah rəhmət eləsin.!
İfa edirlər: Azərbaycan Milli Konservatoriyasının üçüncü kurs tələbələri, Respublika və beynəlxalq müsabiqələr laureatları
Altun Süleymanov, Asim Muradov Günel Əsədova, Aytən Cəbrayıllı, Minə Sadıqova, Anar Həmidli
Konsertmyestr: Rəhimə Qurbanova