Azərbaycan maskadan istifadəyə görə Cənubi Qafqazda liderdir – ARAŞDIRMA

0
381

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə birinci yerdədir.

Bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 faiz təşkil edir. Gürcüstanda bu göstərici 43 faiz, Ermənistanda isə 38 faizə bərabərdir.

Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 faiz olduğu qeyd olunub.

Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.