Futbol üzrə Azərbaycan Premyer Liqasının və ölkə kubokunun tam təqvimi açıqlanıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Çempionatın sonuncu – XXVIII turu mayın 22-də olacaq.
Azərbaycan Kubokunun finalı isə mayın 28-də gerçəkləşəcək.
Əlavə olaraq bildirilib ki, Avrokuboklarda çıxışını davam etdirən komandalar oyunlarını təqvimdən göstərilən vaxtdan bir gün tez və ya gec keçirmək barəsində PFL-ə müraciət edə bilər. Yekun qərar vermək isə qurumun ixtiyarındadır.