Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşin paytaxtı Rabatda keçirilən Premyer Liqa turnirində qalib olub.
68 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edib.
O, finalda isveçrəli Yelena Quiriçi 4:0 hesabı ilə üstələyib.