Azərbaycan iribuynuzlu mal-qara idxalını KƏSKİN ARTIRIB

0
254

2022-ci ilin ilk ayında Azərbaycan xaricdən 1,41 milyon ABŞ dolları dəyərində 452 ədəb iribuynuzlu ev heyvanları (düyə, inək və digərləri) alıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 7,3 dəfə artıb.

Hesabat dövründə Estoniyadan 711,63 min ABŞ dolları dəyərində 225 ədəd, Macarıstandan 287,95 min ABŞ dolları dəyərində 99 ədəd, Almaniyadan 208,11 min ABŞ dolları dəyərində 66 ədəd və Avstriyadan 199,47 min ABŞ dolları dəyərində 62 ədəd iribuynuzlu mal-qara gətirilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə Avstriyadan tədarük müvafiq olaraq 1,1 faiz və 0 faiz azalıb. Ötənilki yanvarda Estoniya, Macarıstan, Almaniyadan tədarük olmayıb.