2021-ci ilin doqquz ayının yekununda Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.
Müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 3 664 660 000 dollar investisiya yönləndirilib.
Rəqəmlərə əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 274 131 000 dollar və ya 8,1 faiz çoxdur.
Ötən dövr ərzində ölkəmizə ən çox investisiya yatıran ölkə Böyük Britaniya olub. Krallıqdan Azərbaycana 1 234 759 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azalıb.
İqtisadiyyatımıza ikinci ən çox investisiya qoyan ölkə isə Türkiyə olub. Azərbaycana Türkiyədən 530 051 000 dollar sərmayə yerləşdirilib ki, bu da illik müqayisədə 0,3 faiz çoxdur.
Vəsaitin həcminə görə Azərbaycan iqtisadiyyatına üçüncü ən çox investisiya etmiş ölkə – Amerika Birləşmiş Ştatları olub. Belə ki, bu ölkədən Azərbaycana sərmayə qoyuluşu 8,3 faiz artaraq 410 960 000 dollar olub.
İlin doqquz ayı ərzində Azərbaycana ən çox sərmayə qoyuluşu edən 10 ölkə aşağıdakı kimi sıralanıb:
1.Birləşmiş Krallıq – 1 234 759 000 (illik müqayisədə 0,9 faiz az);
2.Türkiyə – 530 051 000 (illik müqayisədə 0,3 faiz çox);
3.Amerika Birləşmiş Ştatları – 410 960 000 (illik müqayisədə 8,3 faiz çox);
4.Malayziya – 324 857 000 (illik müqayisədə 54,5 faiz çox);
5.Kipr – 231 309 000 (illik müqayisədə 46,9 faiz çox);
6.Yaponiya – 215 820 000 (illik müqayisədə 20,4 faiz az);
7.İran İslam Respublikası – 209 390 000 (illik müqayisədə 54,9 faiz çox);
8.Norveç – 121 722 000 (illik müqayisədə 21 faiz az);
9.Gürcüstan – 74 264 000 (illik müqayisədə 3,5 dəfə çox);
10.Birləşmiş Ərəb Əmirlikləri – 48 222 000 (illik müqayisədə 1,9 dəfə çox).
Adı qeyd edilən ölkələrdən Azərbaycana cəlb edilən investisiyalar ümumi sərmayə qoyuluşu həcminin 92,8 faizini təşkil edərək 3 401 355 000 dollara bərabər olub. Bu isə müvafiq ölkələr üzrə ötən ilin eyni dövründə cəlb edilən vəsaitlərdən 388 207 000 dollar və ya 12,9 faiz çoxdur.
İlin doqquz ayı ərzində siyahıda adı olan ölkələrlə yanaşı Hindistan, Rusiya Federasiyası, Niderland, Lüksemburq, Filippin, İtaliya, Avstriya, Latviya, İsveçrə, İspaniya, Almaniya, Sinqapur, Rumıniya, Danimarka, Fransa, Qazaxıstan, Koreya Respublikası, Belçika və digər dövlətlər tərəfindən də Azərbaycana investisiyalar edilib.