Azərbaycan Investisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib – FOTO

0
436

26 dekabr 2020-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

İclasda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş və növbəti mərhələdə veriləcək Portfel Şirkətlərin korporativ idarə edilməsinə dair prinsip və yanaşmalar, idarəetmə modelləri, struktur və fəaliyyət prinsipləri və dövlət şirkətlərinə dair cari məsələlər müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası tərəfindən Portfel Şirkətlərin korporativ idarə edilməsinə dair müvafiq qərarlar qəbul olunub.