Azərbaycan İnvestisiya Holdinqi ICD ilə Anlaşma Memorandumu imzaladı

0
362

Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə holdinq məlumat yayıb.

Məlumata görə, sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Secini imzalayıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk emissiyası üçün dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, sukuk şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi – istiqrazların islami ekvivalentidir.