Azərbaycan İdman Jurnalistləri Federasiyasının ikinci respublika toplantısı oldu – VİDEO

0
329

Bu gün videokonfrans formatında Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və idman qurumlarının mətbuat katibləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.