Azərbaycan hakimləri Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar

0
468

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar.

Hakimlərimiz sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaqlar.