Azərbaycan hərbçiləri suveren ərazilərimizdə xidmətlərini həyata keçirirlər – RƏSMİ

0
378

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ordusunun sərhədin Laçın, Kəlbəcər istiqamətindəki bəzi mövqelərdən geri çəkilməsi barədə məlumatlara münasibət bildirib. 

Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan mediası Ermənistan mediasına istinadları minimuma endirməlidir.

“Çünki Ermənistan tərəfi kifayət qədər yalan, saxta məlumatlar yayır. Bu, həm də Ermənistanın daxilində gedən proseslərlə əlaqədardır”, – deyə Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, hazırda sərhəddə vəziyyət sabit olaraq qiymətləndirilir.

“Azərbaycan hərbçiləri Azərbaycanın suveren ərazilərində xidmətlərini həyata keçirirlər”, – deyə Hikmət Hacıyev fikrini yekunlaşdırıb.