Azərbaycan güləşçisi Ermənistan təmsilçisi ilə dramatik görüşdə qalib gəlib medal qazandı

0
364

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı sona çatıb.

Azərbaycan son gündə legionerlər hesabına iki bürünc medal qazanıb.

Bürünc medal görüşündə İntiqam Vəlizadə (61 kq) Rumıniyanı təmsil edən Nikolay Oxlopkova 1:3 hesabı ilə uduzsa da, Aslanbəy Alborov Gürcüstan təmsilçisi İrakli Mtsiturini 2:0 məğlub edərək üçüncü olub.

Əsl dramatik görüş isə 125 kq-da baş tutub. Camaləddin Məhəmmədov Ermənistanı təmsil edən Levan Berianidze ilə görüşdə 0:2 geridə olsa da, hesabı son saniyələrdə bərabərləşdirib və son xal prinsipi ilə qalib elan olunub.

Beləliklə, Azərbaycan sərbəst güləşdə Avropa çempionatını bir gümüş və dörd bürünc medalla başa vurub.

Xatırladaq ki, bir gün əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medal qazanmışdı.