Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlib –Avropa çempionatı

0
640

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi debüt görüşündə Bolqarıstanın erməni əsilli idmançısı Aik Mnatsakanyanı üstələyib.

Pəhləvanımız təsnifat mərhələsindəki qarşılaşmada rəqibini 5:3 hesabı ilə məğlub edib. Bu qələbə Süleymanovu 1/8 finala yüksəldib.