Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə köməklik göstərməyə hazırıq – Rusiya XİN

0
130

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinə maksimum köməklik göstərməyə hazırdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq. Analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da tətbiq oluna bilər. Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir”, – Rusiya XİN nümayəndəsi deyib.