Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir.
Ötən gün gecədən etibarən artilleriya atəşlərinin səsləri eşidilib.
Bölmələrimiz Ermənistanın təxribatına adekvat cavab veriblər.
Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.