“Azərbaycan deyir ki, “sən məni 30 il yaşamağa qoymadın, mən də…”” – Paşinyandan ETİRAF

0
59

“Azərbaycan deyir ki, “sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşatmayacağam” və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük problemdir”.

Bunu Ermənistanın Baş naziri, “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin sədri Nikol Paşinyan dünən Ankavanda çıxışı zamanı deyib.

“Hələ böyük ölkələr, beynəlxalq oyunçular var ki, deyirlər: “Bir dəqiqə gözləyin. Necə yaşamaq istəyirsən?” Sən yaşayan xalqlardan deyilsən, əziyyət çəkən xalqsan, əziyyət çəkməlisən, mühacirət etməlisən, öldürülməlisən, döyüşməlisən və bütün bunlardan keçib gəlməlisən, məndən qurtuluş diləməlisən. Mən də gəlib səni xilas etməliyəm ki, səni öldürməyə davam etməsinlər və siz döyüşəsiniz””, – Paşinyan qeyd edib.

O vurğulayıb ki, xalqın onlara mesajı odur ki, onlar əbədi döyüşmək yox, sadəcə yaşamaq istəyirlər:

“”Mülki Müqavilə” Partiyasının ideologiyası məhz budur: həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşlarımızın yaşamaq, yaxşı yaşamaq istəyinə azadlıq vermək və bunu mümkün etmək. Çünki bizim cəmiyyətdə yaxşı yaşamağa can atmağa azadlıq vermirlər”.