Azərbaycan daha bir ermənini təhvil verdi

0
337

Ermənistan vətəndaşı, 68 yaşlı Andranik Aleksanyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb.

Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Qeyd edək ki, bir gün əvvəl, yanvarın 14-də A.Aleksanyan azaraq Azərbaycan ərazisinə keçib.

Xatırladaq ki, ötən il də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılmışdır.