Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır.
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu, Aşağı Cürəli kəndindəki evlərinə gətiriləcək.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.