Azərbaycan bayrağını qaldırmış idmançılar hərbi xidmətə çağırıldılar – FOTO

0
308

MMA üzrə “Rizin” Qran Pri turnirinin qalibi Tofiq Musayev hərbi xidmətə çağırılıb.

Bu barədə onun şəxsi məşqçisi Ruslan Əfəndiyev paylaşım edib.

Həmçinin güləş üzrə gənclər arasında dünya və Avropa çempionu Əfqan Xaşalov da qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılan idmançılarımızdandır.

Qeyd edək ki, bundan əvvəl taekvondoçu Ayxan Tağızadənin hərbi xidmətə çağırıldığını xəbər vermişdik.