Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

0
186

Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığma baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda 5 boksçu ilə təmsil olunacaq. Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaq.

Bu gün səfərə yollanan komanda oktyabrın 23-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.