
Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.
Dus Anjus “Twitter”də ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.
Fiziyev isə bu paylaşıma reaksiya verib: “Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm”.
Qeyd edək ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib.
