Azərbaycan əhalisi daha az mənfi emosiyalıdır – Reytinq

0
706

Dünya əhalisinin 22 faizi daim əsəb, 24 faizi daim kədər hiss edir, 39 faiz isə daim narahatdır.

Bu barədə ABŞ-ın “Gallup” ictimai rəy təşkilatının hesabatında deyilir.

Hesabatda müxtəlif emosiyalar üzrə ölkələrin siyahısı tərtib olunub.

Əhalisi daha az mənfi emosiyalı olan ölkələr arasında Azərbaycan ön sırada yer alıb.

Ölkə Qırğızıstan, Latviya və İsveçlə yanaşı 19 bal toplayıb.

Ən çox mənfi emosiyalı əhalisi olan ölkələr arasında birinci yerdə 54 xalla Çad qərarlaşıb.