Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən aktyor Azər Baxşəliyevin səhhətindəki son durum haqqında məlumat verilib.
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Teleqraf.com-a açıqlmasında aktyorun səhhətində irəliləyişin olmadığını bildirib: “Azər Baxşəliyevin səhhəti stabildir. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
Qeyd edək ki, aktyor bir müddət əvvəl açıqlamasında anasından ona köçürülən böyrəkdə problem yarandığını, yenidəm donor axtardığını demişdi.