Çin ilk dəfə olaraq Ayın əks tərəfindən olan torpağı geniş ictimaiyyətə təqdim edib.
Bu barədə “RIA Novosti” məlumat verib.
Qeyd olunur ki, Çin “Çanqe-6” kosmik gəmisini uğurla Ayın uzaq tərəfinə endirən və Yerin peykinin qaranlıq tərəfindən torpaq nümunələrini çatdıran dünyanın ilk ölkəsi olub.
Çin aprelin 24-də Milli Kosmos Gününü qeyd edir. Şənlik çərçivəsində “Shanghai World Expo Center” mərkəzində Ayın uzaq tərəfindəki Cənub Qütbü-Eytken hövzəsindən toplanmış Ay torpağı nümunələri nümayiş etdirilib.
Bundan əlavə, ziyarətçilər 2020-ci ilin dekabrında “Çanqe-5” missiyası zamanı toplanmış Ay torpağı nümunələrini də görə biləcəklər.