Aygün Kazımova məşhur rus müğənnisi ilə sevgilidir? – Özü AÇIQLADI – FOTO

0
424

“Dəyişkən insanam, saç və geyim stilini tez-tez dəyişirəm. Bu, mənim həyat tərzimdir”.

Bu sözləri Xalq artisti Aygün Kazımova yeni stili haqqında danışarkən deyib.

Bir neçə ay əvvəl Filipp Kirkorovla duet oxuyan Aygün Kazımova onunla sevgili olması xəbərlərinə münasibət bildirib:

“Əlbəttə ki, doğru deyil, amma siz belə istəyirsinizsə, ola bilər. Həyatımda sizdən başqa heç kim yoxdur”.

ZİMA festivalında çıxış edən Aygün Kazımova bu barədə də fikirlərini bölüşüb:

“Uşaq olsaydım, rəqiblərimin məndən önə çıxmasına narahat olardım, qorxardım. Bu gün ZİMA festivalında parlaq istedadı olan uşaqlara dəstək olmaq üçün varam. Çünki vaxtı ilə böyük sənətkarlarımız mənə də dəstək olublar”.

Dərin dekolteli kostyum seçən artist başdan-ayağa qara geyimi ilə diqqət çəkib.