Aygün Kazımova dünya şöhrətli dizayner “sevgilisi” ilə Nyu-York küçələrində – VİDEO

0
565


Xalq artisti Aygün Kazımova ABŞ-da çəkdirdiyi yeni klipini təqdim edib.

Bir müddət öncə Nyu-Yorka gedən Kazımova orada musiqisi İsmayıl Əsədova, sözləri Saleh Səbata və İsmayıl Əsədova məxsus “Ehtiyacım var” adlı bəstəni ekranlaşdırıb.

Pop diva ekran işini rejissor Elmar Bayramova həvalə edib. Klip Nyu-Yorkun bir sıra parklarında və istirahət mərkəzlərində lentə alınıb. Ekran işində Xalq artisti sözügedən məkanlarda sevgilisi ilə yaşadıqları anları yada salaraq, xatirələrə dalır.

Kazımovanın tərəf müqabili bu dəfə də onun ən yaxın dostu, sirdaşı dünya şöhrətli dizayner və stilist Rüfət İsmayıl olub. Aygün ilə Rüfətin səmimi görüntüləri isə klipi daha da canlandırıb və xüsusi rəng qatıb.

Klip bir neçə dəqiqə bundan öncə Aygün Kazımovanın rəsmi “Youtube” kanalında təqdim edilib.

Qeyd edək ki, Rüfət İsmayıl daha öncə Aygün Kazımovanın “Haradasan” adlı mahnısına çəkilmiş klipində də onun sevgilisi obrazını canlandırıb.