Ayaz Mütəllibovun vaxtından qalma prokuror kimdir?

0
511

Ayaz Mütəllibovun vaxtından qalma prokuror kimdir?

Ötən gün Azərbaycanın Baş Prokurou vəzifəsinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev təyin edildi. Prezident İlham Əliyev vurğuladı ki, dövlət strukturlarında gənc, savadlı kadrların önə çəkilməsi vacibdir.

Prezident həmçinin Kamran Əliyevə də tövsiyə etdi ki, prokurorluq sistemində də gənc kadrlarla bağlı islahatlar aparılsın. Qeyd edək ki, Baş prokurorun 3 müavini- Rüstəm Usubov, Namiq Əsgərov və Xanlar Vəliyevin yaşı artıq 65-i haqlayıb və uzun müddətdir ki, prokurorluq sistemində çalışırlar.

Belə ki, 1954-cü il təvəllüdlü Rüstəm Usubov Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.

ll dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir.

1954-cü il təvəllüdlü Namiq Əsgərov Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Müsabiqə komissiyasının sədridir, «Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminatları məsələlərinin həlli üzrə komissiyası»nın sədridir, «Prokurorluq orqanlarında uzunmüddətli xidmətə görə üstəlik haqq verilməsi üçün əmək stajını müəyyən edən komissiya»nın sədridir, «Azərbaycan Prokurorluğu» jurnalının baş redaktorudur.

1955-ci il təvəllüdlü Xanlar Vəliyev Prezident İlham Əliyevin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Prezidentin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.

Prezidentin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur.

Bunlarla yanaşı artıq 28 il rayon prokuroru işləyən İldırımzadə Yusif Əli oğlunun da adını çəkmək lazımdır. 22 yanvar 1992-ci ildə Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun əmri ilə Nəsimi rayon prokuroru təyin edilən Yusif İldırımzadə 2002-ci ilə kimi orada, 2002-ci ildən 2007-ci ilə kimi Suraxanı rayonunda, 2007-ci ildən hazırkı günə kimi də Xətai rayon prokuroru vəzifəsini icra edir.

Yəqin ki, bu islahatlar kresloda oturmaqdan yorulmuş prokurorlara da çatacaq.