“Axırıncı aşırım” 1994- 2024

0
219

Qəbələ rayon Vəndam qəsəbəsi Eldəniz Mehdiyev adına 1 saylı tam orta məktəbinin 1994- çi il məzunlarının görüşü keçirilib.
Məzunlar əvvəlcə Eldəniz Mehdiyev adına 1 saylı tam orta məktəbin ziyarət etmiş, sonra məktəbin önündə şəhidlərin abidəsinin üzərinə əklil qoymuşlar. Onların ruhuna dualar oxunmuşdur.

Sonra tədbir Qəbələnin Vəndam qəsəbəsində istirahət mərkəzində davam etmişdir. Məzunlar məktəb illərindən olan xatirələrindən danışmış, musiqi sədaları altında məclis davam etmişdir.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri