Avtomobillərini texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ

0
737

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar DİN Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən verilən məlumata görə, idarə, istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan və ya qanunvericiliklə nəzərdə tutulan texniki baxış müddəti bitən avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun ikinci kilometrliyində (Sədərək Ticarət Mərkəzinin yanı) yeni istifadəyə verilən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilən Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Sürücülərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərirlər.

Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır