Avtomobili kafedə oturan insanların üstünə sürdü – VİDEO

0
405

Rusiyada sürücü avtomobili kafedə oturan insanların üstünə sürüb.

“HaberGlobal”ın məlumatına görə, sürücü avtomobili yüksək sürətlə idarə edib.

Nəticədə, kafeyə girən avtomobil masaya çırpılıb. Masa arxasında oturan iki nəfər qaçmağa macal tapıb. Lakin əlil arabasında olan digər şəxs divarla masa arasında sıxışıb qalıb.

Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.