Avstriyada üçgünlük matəm elan olunacaq

0
16

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan ediləcək.

Bu barədə Avstriyanın kansleri Kristian Stokar məlumat yayıb.

Eyni zamanda yerli “Die Presse” nəşrinin dərc etdiyi materialda qeyd olunur ki, Qrats şəhərində məktəbdə baş verən insidentin ölkə tarixində baş verən oxşar hadisələr sırasında ən qanlı olay hesab olunduğu bildirilib.

Qeyd edək ki, Avstriyada məktəbdə baş verən atışmadan sonra 11 nəfər ölüb, 30-a yaxın insan xəstəxanaya yerləşdirilib.