Avstriyada koronavirus testi olmadan mağazalara giriş qadağan edilir

0
307

Avstriyanın səhiyyə naziri Rudolf Anşober bəyan edib ki, bundan sonra mağazalara girərkən koronavirusa qarşı yeni test nəticələrini təqdim etmək lazım gələcək.  

“RİA Novosti” xəbər verir ki, sözügedən qayda aprelin 7-dən qüvvəyə minəcək.

Hazırda ölkədə bu tələb yalnız bəzi xidmət sahələrinə – bərbərxanalara, gözəllik salonlarına şamil olunur.

Qeyd edilir ki, aptek və ərzaq dükanlarına giriş üçün test nəticələri lazım olmayacaq.