Avstriya və Xorvatiya vətəndaşları Bakıdan təxliyyə edildi – FOTO

0
481

Qəbələ”nin xorvatiyalı futbolçusu İvitsa Juniç Bakını tərk edib.31 yaşlı mərkəz müdafiəçisi sosial şəbəkədə Avstriyanın paytaxtı Vyanaya uçduğunu qeyd edib.

O, ingiliscə “Nəhayət ki” sözlərini də yazmağı unutmayıb.

Qeyd edək ki, İvitsa Juniç ötən ildən çıxış etdiyi “Qəbələ”də 21 oyun keçirib və iki qola imza atıb.

Xatırladaq ki, “Sabah”ın bu gün müqaviləsinə xitam verdiyi xorvatiyalı məşqçilər – Jelko Sopiç, Marko Lozo və İvan Çukoviç də həmin təyyarə ilə Bakını tərk edib. Ümumiyyətlə, bu təyyarədə Bakıda qalmış Avstriya və Xorvatiya vətəndaşları olub.