Avstriya klubu məşqə vaxtından əvvəl başladığı üçün cəzalandırılıb

0
313

Avstriya futbol klubu LASK karantin qaydalarını pozduğu üçün cəzalandırılıb.

Buna görə də Avstriya futbol federasiyası komandanın xallarını silib.

Belə ki, klub iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyib. Çempionat lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq pandemiya dönəmində hamıdan əvvəl məşqlərə başlayıb. Bunun ədalətsiz rəqabət hesab edən yerli federasiya LASK-a cəza kəsərək, 12 xalını silib.

Klub bundan başqa 75 min avro məbləğində cərimələnib.