Avstraliyada qəribə görüntü: şəlalənin suyu aşağıdan yuxarı axır – VİDEO

0
618

Avstraliyada leysan yağışları və güclü külək Sidney yaxınlığında yerləşən Krallıq Milli Parkında qəribə görüntüyə səbəb olub.

Parkda yerləşən şəlalədə su yuxarıdan aşağı deyil, əksinə axır.

Sürəti saatda 70 kilometrə çatan külək suyu istiqamətini dəyişməyə məcbur edib.

Meteoroloqlar deyirlər ki, güclü külək okeandan əsəndə “şəlalənin tərs axması” baş verir və axınlar aşağıdan yuxarıya doğru yönəlir.