Avroviziya – Avropanın ən böyük mahnı müsabiqəsi haqqında 18 maraqlı fakt

0
87

Mayın 7-də 68-ci Avroviziya Mahnı Müsabiqəsi başlayıb. 68 il ərzində Avroviziya (“Eurovision”) təkcə musiqi yarışmasına deyil, həm də milyonlarla insanı birləşdirən əsl mədəniyyət hadisəsinə çevrilib. Müsabiqə bu il İsveçin Malmö şəhərində keçiriləcək.

18 maraqlı faktı təqdim edirik.

1. Avroviziya dünyanın ən uzunmüddətli illik televiziya musiqi yarışmasıdır. Bu fakt Ginnesin Rekordlar Kitabında qeyd olunub.

2. Avroviziyaya təqdim olunan üç mahnı uydurma dillərdə ifa olunub.

3. Müsabiqə tarixində ən qısa mahnı cəmi 1 dəqiqə 27 saniyə davam edir. 2015-ci ildə Finlandiyadan olan “Pertti Kurikan Nimipäivät” qrupu tərəfindən ifa edilib.

4. Ən uzun müsabiqə mahnısı isə 1957-ci ildə ifa olunan İtaliyadan “Corde Della Mia Chitarra”dır. Onun müddəti 5 dəqiqə 9 saniyə olub. Bu hadisədən sonra müsabiqənin qaydaları dəyişdirilib və indi mahnılar 3 dəqiqədən çox ola bilməz.

5. 1969-cu ildə dörd Avroviziya qalibi var idi! Bu, onların hamısı eyni sayda xal aldığı üçün baş vermişdi. Həmin vaxt qaydalarda heç-heçə nəzərdə tutulmadığından bir anda 4 ölkə qalib elan edilib.

6. Portuqaliya Avroviziyada ilk qələbəsini qazanmaq üçün 49 cəhd etdi. Bu, 2017-ci ildə baş verib.

7. Eyni zamanda Portuqaliya finalda xalların sayına görə rekorda imza atıb. “Amar Pelos Dois” mahnısı ilə qalib gələn Salvador Sobral 758 xal toplayıb.

8. Eurovision səhnəsində ifaçılar bek-vokalçılar və rəqqaslar da daxil olmaqla 6 nəfərdən çox ola bilməz.

9. Böyük Britaniya ABBA qrupuna 0 xal verən yeganə ölkədir. Bu, 1974-cü ildə baş verdi.

10. Müsabiqənin ən gənc qalibi 1986-cı ildə  Belçikadan olan 13 yaşlı Sandra Kim olub. 

11. İtaliya 1981-ci ildə bu müsabiqəni boykot edib. Səbəb ölkənin müsabiqəni çox köhnə sayması olub.

12. 1956-cı ildə müsabiqə ilk dəfə keçiriləndə cəmi 7 ölkə iştirak edib.

13. İlk dəfə keçiriləndə hər iştirakçı ölkə iki mahnı ifa edə bilərdi.

14. Canlı heyvanların  bu müsabiqənin səhnəsinəə çıxması qadağandır.

15. 1998-ci ilə qədər müsabiqədə hər çıxış canlı orkestrin müşayiəti ilə keçirilirdi. Hər ölkə öz dirijorunu gətirdi.

16. Bu müsabiqə dünyaya 1500-dən çox hit verib.

17. Müsabiqədə ən çox tamaşaçı 2001-ci ildə qeydə alınıb. Daha sonra Kopenhagendə keçirilən müsabiqənin finalına 38 min tamaşaçı gəlib.

18. Bu mahnı müsabiqəsi həmişə fransız bəstəkarı Mark Antoni Karpantierin “Prélude du Te Deum” musiqisi ilə başlayır.