
Gələn il İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində 41 ölkənin iştirakı təsdiqlənib.
Bu barədə müsabiqənin mətbuat xidməti məlumat yayıb.
66-cı yarışmada Azərbaycanla yanaşı, qonşu ölkələrdən Rusiya, Gürcüstan və Ermənistan da iştirak edəcək.
Qeyd edək ki, “Avroviziya-2022”nin yarımfinalları mayın 10 və 12-də, finalı isə mayın 14-də keçiriləcək.
Xatırladaq ki, bu il keçirilən “Avroviziya”da İtaliyanın “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb və birinciliyə layiq görülüb. Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub.
