Avropaya koronavirusun üçüncü dalğası ilə bağlı xəbərdarlıq

0
461
People wear a protective masks rest next the closed Tuileries garden in Paris, Tuesday, May 12, 2020. The French began leaving their homes and apartments for the first time in two months without permission slips as the country cautiously lifted its lockdown. (AP Photo/Michel Euler)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarro 2021-ci ildə Avropada COVID-19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Avropa ölkələri birinci dalğanı nəzarətə aldıqdan sonra ikinci dalğanın qarşısını ala bilməyib.

“Onlar yay aylarında zəruri infrastrukturu qurmaq imkanını əldən verdilər. İndi ikinci dalğa baş verir. Əgər onlar lazımi strukturu indi qurmasalar, onlarda gələn ilin əvvəlində üçüncü dalğa olacaq”, – deyə D.Nabarro bildirib.