Norveç Avropada koronavirusa qarşı qələbə elan edən ilk ölkə olub.
Norveç Səhiyyə Nazirliyi epidemiyanın nəzarət altına alındığını elan edib. Bu barədə açıqlama verən səhiyyə naziri Bent Höle buna alınan sərt tədbirlər nəticəsində nail olduqlarını bildirib.
Qeyd edək ki, Norveç Skandinaviya ölkələri arasında koronavirusun ən geniş yayıldığı ölkədir. Burada 5 mindən çox insan virusa yoluxub, 59 nəfər kovid-19 səbəbindən həyatını itirib.