Avropanın ən təhlükəli ölkəsi məlum oldu

0
413

Avropa İttifaqının ən təhlükəli ölkəsi açıqlanıb.

Avropa İttifaqının müxtəlif ökələrində qeydə alınan qayda pozuntularının sayının əks olunduğu məlumat Avropa Statistika Ofisinin (“Eurostat”) saytında yerləşdirilib.

Məlum olub ki, 2011-2017-ci illərdə Avropada qarətlərin sayı 522 mindən 396 minə düşüb, hücumlar isə artıb – ancaq 2017-ci ildə onların sayı 1,1 milyonu ötüb.

Cinayətlərin sayına görə lider Belçika olub – 2017-ci ildə orada 167 qayda pozuntusu qeydə alınıb. İkinci yerdə Fransa, üçüncü yerdə isə İspaniya qərarlaşıb.

Ən sakit vəziyyət isə Slovakiya və Macarıstandadır. Orada hər 100 min insana cəmi 9 qanun pozuntusu düşür. Ən çox qətl isə Latviya, Litva, Estoniya və Maltada törədilir.