Avropada zəhər yayılır: 253 min ölüm

0
63

Avropanın sənaye nəhəngləri zəhər yayırlar. ÜST-ün hava təmizliyi ilə bağlı qəbul edilmiş qərarlarına baxmayaraq, vəziyyət olduqca acınacaqlıdır. Təkcə son 3 ildə Avropada 253 min insan havanın çirkli olması səbəbindən ölüb.

Avropada havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi səviyyədən yuxarı qalıb. Beynəlxalq təşkilatlar problemin həlli yollarını axtarır.

Aİ-nin iqlim və ətraf mühit təşkilatı tərəfindən dərc edilən son hesabata görə, Avropa İttifaqı dünyanın ən iddialı hava keyfiyyəti qaydalarından birini həyata keçirmək yolundadır. Yenidən işlənmiş Avropa Ətraf Havanın Keyfiyyəti Direktivləri (AAQD) Avropa Parlamentinin 24 aprel 2024-cü il tarixində keçirilmiş iclasında qəbul edib.

Bu çərçivədə, Avropa Ətraf Mühit Agentliyi vətəndaşlarının hava keyfiyyəti məlumatlarını yoxlaya bilməsi üçün bir tətbiq işə salıb. Tətbiqin son versiyasına Avropa üzrə hava keyfiyyətinin modelləşdirilməsi, eləcə də Avropadakı 3500-dən çox hava keyfiyyətinin monitorinqi stansiyalarından saatlıq yenilənən məlumatlar daxildir. İstifadəçilər Avropanın istənilən yerində havanın keyfiyyətini yoxlaya bilərlər. Proqram 24 Avropa dilində mövcuddur.

Keçən ay edilən ölçmələrə görə, hava çirkliliyi Rumıniyada 128, İspaniyada 101, İtaliya və Polşada 84, İsveçdə 73, Fransa və Bolqarıstanda 66, Yunanıstan və Cənubi Kipr Rum İdarəsi və Maltada 63 mikroqram kubmetr, Çexiyada 56, Xorvatiya və Norveçdə 54 və Belçikada 55 mikroqram kubmetr olaraq ölçülüb.

Qardaş ölkə Türkiyənin hava keyfiyyəti limit dəyərləri Avropa İttifaqının hədəf dəyərlərinə çatmağı planlaşdırır. Sözügedən plana görə, Türkiyə 2024-cü ildə azot dioksid limit dəyərlərinə çatacaq. Bu tarixdən etibarən Türkiyədə bütün çirkləndirici parametrlər üçün Aİ qanunvericiliyi tətbiq ediləcək.