Avropada xüsusi kiberhücum qüvvələri yaradılacaq

0
283

Martın 10-11-də Fransanın Versal şəhərində keçiriləcək Aİ sammitinin iştirakçıları Avropa kiberhücum qüvvələrinin yaradılmasını müzakirə edəcəklər.

Bunu bazar günü “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Şəxsən mən Avropanın kiberhücum qüvvələrinin yaradılmasının tərəfdarıyam. Bu, Versalda keçiriləcək zirvə görüşü zamanı da müzakirə olunacaq”, – o, bildirib

Mişel həmçinin qeyd edib ki, indiyə qədər Aİ kibertəhlükəsizlik sahəsində nəhəng irəliləyiş əldə edib.